...

Gəncədə kartla işləyən elektron qaz sayğacları istehsal olunacaq

Siyasət Materials 15 Dekabr 2006 12:58 (UTC +04:00)

"Sənaye Cihaz" ATSC-də müasir standartlara çavab verən kartla işləyən elektron qaz sayğaclarının istehsalına başlanılacaq. Bu barədə məlumatı Trendə cəmiyyətin direktoru Faiq Yelisuyski verib. Onun sözlərinə görə, kartla işləyən elektron qaz sayğaclarını müəssisə Fransanın "Aktarius" şirkəti ilə birgə istehsal edəcək. Hələlik zavodda yeni sayğacların məhdud həcmdə bir neçə ehtiyat hissəsi hazırlanır:

"Yaxın günlərdə müəssisədə qaz sayğaclarının tam istehsalını həyata keçirmək üçün Fransadan gətirilən müasir avadanlıqlar quraşdırılacaq. Biz artıq eksperimental olaraq şəhərin 4-cü mikrorayonunda Fransa istehsalı olan 2 qaz sayğacı quraşdırmışıq. 15 günə kimi isə bu qurğuların Gəncədə istehsalına başlanılacaq. Yaxın aylarda bütün hazırlıq və təmir-bərpa işləri başa çatdıqdan sonra zavod tam gücü ilə işə düşəcək" - deyə müsahib qeyd edib.

Müsahibimiz elektron qaz sayğaclarının xarici bazara da çıxarılmasının nəzərdə tutulduğunu bildirdi. Hazırda isə müəssisədə su sayğaclarının istehsalı davam edir. Onların satışı əsasən MDB ölkələrində, ilk növbədə Rusiya, Ukrayna və Belarusda həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti