...

Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu məsələləri üzrə Komissiyanın veb-saytının təqdimatı keçirilib

Siyasət Materials 19 Dekabr 2006 12:24 (UTC +04:00)

Trend xəbər verir ki, dekabrın 19-da Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu məsələləri üzrə Komissiyanın veb-saytının (www.csc.gov.az) təqdimatı keçirilib.

Veb-sayt Komissiyaının və BMT-nin İnkiaşf Proqramının "Dövlət Qulluğu sistemində islahatların aparılması vasitəsilə yaxşı idarəçiliyn təşkili" birgə layihəsi çərçivəsində yaradılıb.

Layihə BMT-nin "Minilliyin İnkişafı" proqramına uyğun olaraq qəbul edilmiş "Yoxsulluğun azaldılması və davamlı inkişaf üzrə Dövlət Proqramı"na daxildir.

Sayt Komissiyanın fəaliyyətini, dövlət qulluğuna dair Azərbaycan respublikasının qanunvericiliyi və s. əhatə edir.

Komissiya 2005-ci ildə Azərbaycan prezidentinin sərəncamı ilə yaradılıb.

Xəbər lenti

Xəbər lenti