...

Avropa Birliyinin xüsusi nümayəndəsi: Avropa Birliyi Dağlıq Qarabağla hər hansı birbaşa əlaqə qurmaq niyyətində deyil

Siyasət Materials 19 Dekabr 2006 15:55 (UTC +04:00)
Avropa Birliyinin xüsusi nümayəndəsi: Avropa Birliyi Dağlıq Qarabağla hər hansı birbaşa əlaqə qurmaq niyyətində deyil

Avropa Birliyi Dağlıq Qarabağla hər hansı birbaşa əlaqə qurmaq niyyətində deyil. Bu barədə Avropa Birliyinin Cənubi Qafqaz ölkələri üzrə xüsusi nümayəndəsi Piter Semnebi Ermənistana səfəri zamanı Avropa Birliyinin Dağlıq Qarabağla birbaşa əlaqələri genişləndirmək istəməsi haqqında bəyanatını şərh edərkən Trend ə eksklüziv olaraq məlumat verib.

O qeyd edib ki, Avropa Birliyinin bölgədəki xüsusi nümayəndəsi kimi Dağlıq Qarabağla danışıqlar aparmaq niyyətindədir, çünki bunu onun mandatı nəzərdə tutur. "Bu o deməkdir ki, biz etimad imkanlarını nəzərdən keçirəcəyik. Bu, yalnız Dağlıq Qarabağa deyil, həm də Azərbaycana aiddir", - deyə AB nümayəndəsi bildirib.

P.Semnebi vurğulayıb ki, Ermənistanda belə bir bəyanat verdiyindən ümumiyyətlə əmin deyil və AB artıq mövcud olan və etimad tədbirlərinə aid əlaqələrdən başqa, Dağlıq Qarabağla hər hansı birbaşa əlaqələr qurmayacaq.

O bildirib ki, 2007-ci il yanvarın sonunda və ya fevralın əvvəlində Dağlıq Qarabağa səfər etməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti