...

Dövlət komitəsinin başçısı: Azərbaycan qadınlarının gender problemləri qarşılıqlı əlaqədə həll edilməlidir

Siyasət Materials 22 Dekabr 2006 15:29 (UTC +04:00)

Dekabrın 22-də Atatürk adına Mədəniyyət Mərkəzində qadın problemləri ilə məşğul olan qeyri-hökumət təşkilatlarının Ailə, qadın və uşaq məsələləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlığının təşkili məsələsinə həsr edilmiş "dəyirmi massa" keçirilib. Tədbirdə komitənin sədri Hicran Hüseynova, Milli Məclis deputatları Qənirə Paşayeva və Lalə Abbasova, eləcə də QHT rəhbərləri iştirak edib.

Trend bildirir ki, H.Hüseynova öz çıxışında qeyd edib ki, əsas problemlərdən biri gender problemi ilə məşğul olan QHT-lərin qarşılıqlı əlaqədə işləməmələridir ki, bu da onların işinə mənfi təsir göstərməyə bilməz. Komitə sədri bildirib ki, gələn il qadınlarla işləyən QHT-lər barədə informasiya yerləşdirilmiş məlumat kitabçası buraxılacaq. O qeyd edib: "Maksimum uğurlar qazanmaq üçün Azərbaycan qadınlarının gender problemləri QHT və dövlət strukturları arasında əlaqəli həll edilməlidir".

"Gender və insan haqları" QHT rəhbəri Rəna Mirzəzadə bildirib ki, Azərbaycanda Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş 3 min QHT-nin təxminən 80-i qadın problemləri ilə məşğul olur. R.Mirzəzadə həmçinin gender təşkilatları arasında birliyin olmamasını qeyd edib.

"Dəyirmi masa" çərçivəsində iştirakçılar tərəfindən qərara alınıb ki, Azərbaycanda gender üzrə bütün QHT-lərin işini birləşdirən Koordinasiya Şurası yaradılsın və həmin Şura tərəfindən hər il həmin təşkilatların qurultayı keçirilsin.

Xəbər lenti

Xəbər lenti