...

Fondun başçısı: 1,2 mln.-dan çox Azərbaycan vətəndaşı sosial sığorta şəhadətnaməsi alıb

Siyasət Materials 23 Dekabr 2006 13:57 (UTC +04:00)
Fondun başçısı: 1,2 mln.-dan çox Azərbaycan vətəndaşı sosial sığorta şəhadətnaməsi alıb

1 mln. 200 mindən artıq Azərbaycan vətəndaşı sosial sığorta haqqında şəhadətnamə alıb. Trend xəbər verir ki, bu barədə şənbə günü jurnalistlərə Sosial müdafiə fondunun sədri Səlim Müslümov məlumat verib.

O bildirib ki, artıq proses tamamlanmaq üzrədir. 2007-ci il yanvarın 20-dən başlayaraq, Fond işə götürənlərdən bəyannamələri qəbul etməyə başlayacaq. Fondun başçısı bu sahədə problemin olacağını gözləmir.

S.Müslümovun sözlərinə görə, bir sıra təşkilatlarda ikiqat uçotun həyata keçirilməsi təşkilat əməkdaşlarının təqaüdlə təmin olunmasına mənfi təsir göstərəcək. Fondun başçısı vurğulayıb ki, təqaüdlərin ölçüsü ödəniş cədvəlində göstərilmiş peal əmək haqqıdan asılı olacaq.

"Hər kəs bunu başa düşməli və işə götürəndən mühasibat uçotunun aparılmasının şəffaf olmasını tələb etməlidir", - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti