...

MSK sədri: "MSK-da boş katib vəzifəsini kimin tutacağı azlığı təmsil edən komissiya üzvləri tərəfindən müəyyənləşdirilməlidir"

Siyasət Materials 25 Dekabr 2006 12:09 (UTC +04:00)

Mərkəzi Seçki Komissiyasında (MSK) müxalifəti təmsil edəcək katib yeri boşdur və bu vəzifəni kimin tutacağı parlamentdə azlığı təşkil edən partiyaların MSK-dakı nümayəndələri tərəfindən müəyyənləşdirilməlidir. Trend in məlumatına MSK sədri Məzahir Pənahov jurnalistlərə verdiyi açıqlamada belə deyib.

M.Pənahov qeyd edib ki, prosedur qaydalara görə, parlament azlığını təmsil edən MSK üzvləri namizəd irəli sürməlidirlər.

"Bundan sonra məsələ MSK-nın iclasının gündəliyinə daxil edilərək səsvermə keçirilməli və katib seçilməlidir. Təşəbbüs MSK-da parlament azlığını təmsil edən altı komissiya üzvü tərəfindən irəli sürülməlidir. Artıq parlament azlığını təmsil edən beş komissiya üzvü fəaliyyətə başlayıb. Amma mənim bu məsələyə qarışmağım etik baxımdan düzgün olmazdı" - deyə MSK sədri vurğulayıb.

Xatırladaq ki, MSK-nın 18 nəfər üzvü var. Bu yerlərdən altısını Milli Məclisdə çoxluq təşkil edən hakim Yeni Azərbaycan Partiyasının (MSK) nümayəndələri, altısını bitərəf deputatların təmsilçiləri, altısını isə parlament azlığını təşkil edən partiyaların nümayəndələri tuturlar.

Lakin Milli Məclisdə 5 deputatı olan müxalifətyönlü Müsavat Partiyası MSK-ya nümayəndə göndərməkdən imtina edir.

Xəbər lenti

Xəbər lenti