...

Gəncədə avtomobil qəzası nəticəsində iki nəfər dünyasını dəyişib

Siyasət Materials 8 Yanvar 2007 17:42 (UTC +04:00)

Dünən axşam saat 20:30 radələrində Gəncə şəhərinin Mehmandarov küçəsindəki 101 saylı evin qarşısında 45-50 yaşında bir kişini naməlum avtomobil vurub. Bu barədə məlumat Trend ə Gəncə şəhər Polis İdarəsindən verilib.

Mənbənin bildirdiyinə görə, kişi hadisə yerindəcə dünyasını dəyişib. Polis əməkdaşlarının apardıqları əməliyyat tədbirləri nəticəsində hadisəni törədən sürücünün kimliyi məlum olub. Bu, 1950-ci ildə anadan olmuş, Gəncə şəhəri, Totanlı küçəsi, 1-ci döngə, ev 3-üçün sakini Həsənov Əli Yaqub oğludur. O, hadisəni idarə etdiyi VAZ 2106 markalı, 12-BB- 399 dövlət nömrə nişanlı avtomobillə törədib. Faktla bağlı araşdırma aparılır.

Bu gün isə səhər saat 12 radələrində Gəncə şəhəri C.Rəhimov küçəsində, ağac emalı sexinin qarşısında VAZ 21011 markalı, 16-VA-321 dövlət nömrə nişanlı avtomobil 1990-cı il təvəllüdlü Xanlar rayon Qarabulaq kənd sakini Məmmədov Tural Razəddin oğlunu vurub. Xəsarət alan Məmmədov 3 saylı Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisəni törədən 1984-cü il təvəllüdlü, A.Sultanov küçəsi 15 saylı evdə yaşayan Şükürov Elşad Cabbar oğlu polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti