...

Asim Mollazadə Beynəlxalq Respublikaçılar İnstitutunun nümayəndələrilə görüşüb

Siyasət Materials 9 Yanvar 2007 17:36 (UTC +04:00)

Demokratik İslahatlar Partiyasının (DİP) sədri, millət vəkili Asim Mollazadə yanvarın 9-da Beynəlxalq Respublikaçılar İnstitutunun (İRİ) proqram direktoru Dallas Frohriblə görüşüb. Bu barədə Trend ə DİP-dən məlumat verilib.

Görüşdə Demokratik İslahatlar Partiyası ilə Beynəlxalq Respublikaçılar İnstitutu arasında əməkdaşlıq, bu qurumların birgə proqramlar həyata keçirməsi, BDİ-nin partiya quruculuğu ilə bağlı müvafiq layihələri, həmçinin həyata keçirdiyi regional proqramlar müzakirə olunub. Asim Mollazadənin 2006-cı ilin dekabrında ABŞ-a gerçəkləşdirdiyi səfərin yekunları da görüşdə müzakirə edilib.

Görüşə Beynəlxalq Respublikaçılar İnstitutunun Bakı ofisinin siyasi proqramlar üzrə direktoru Fariz İsmayılzadə və proqramlar üzrə baş mütəxəssis Təbib Hüseynov da qatılıb.

Xəbər lenti

Xəbər lenti