...

Ermənistanlı deputat AŞ PA-nın tapşırdığı məruzəni hazırlamır

Siyasət Materials 16 Yanvar 2007 13:41 (UTC +04:00)

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) quruma üzv olan ölkələrdə qadınların yoxsulluğunun səbəblərinə dair məruzəçisi, ermənistanlı deputar Ermine Naqdalyan ona tapşırılan məruzəni hazırlayıb təqdim edə bilmir. Bu barədə Trend ə açıqlamasında Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Elmira Axundova məlumat verib.

"Artıq ikinci dəfədir Ermine Naqdalyan AŞ PA-nın Qadınlar və kişilər üçün bərabər imkanlar Komitəsinin iclaslarına gəlmir. Ona tapşırılan məruzə haqqında heç bir məlumat yoxdur", - deyə nümayəndə heyətinin üzvü qeyd edib.

Millət vəkili vurğulayıb ki, ermənistanlı deputat məruzəni nəyə görə hazırlamadığı haqqında komitəyə heç bir məlumat verməyib.

Xəbər lenti

Xəbər lenti