...

Qazaxıstan Azərbaycan üçün buğdanın qiymətinin qaldırılacağı barədə söz-söhbətləri təkzib edir

Siyasət Materials 17 Yanvar 2007 15:55 (UTC +04:00)
Qazaxıstan Azərbaycan üçün buğdanın qiymətinin qaldırılacağı barədə söz-söhbətləri təkzib edir

Azərbaycan üçün Qazaxıstan buğdasının qiyməti tona 140-145 $ səviyyəsində saxlanılıb.

"Qazaxıstanın Azərbaycanlı tərəfdaşları üçün buğdanın qiymətinin qaldırması barədə gəzən söhbətlər əsassızdır. Bizim Azərbaycanla münasibətlərimiz uzunmüddətli müqavilələrlə qurulur, ona görə də, bizim buğdamızın qiyməti qalxmayıb"-deyə Trend in Astanadakı xüsusi müxbirinə "Ərzaq müqavilə korporasiyası" SC-nin prezidenti Ruslan Əzimov məlumat verib.

O qeyd edib ki, ümumilikdə dünya bazarında buğdanın qiyməti qalxmayıb.

"Qiymətlərin artımının əsas səbəbi dünyada əsas buğda istehsalçılarından olan Rusiyada qeyri-adi isti və qarsız qışdır, bu gələcək məhsulda özünü bilavasitə göstərəcək"-deyə Əzimov deyib.

"Ərzaqkorporasiyası"nın rəhbəri həmçinin söyləyib ki, yanvarın sonunda Bakı limanında Qazaxıstan-Azərbaycan BM tərəfindən tikilən buğda terminalının təntənəli açılışı olacaq. Terminalın özülü 2006-cı ilin mayında qoyulub.

Xəbər lenti

Xəbər lenti