...

Ukraynanın ədliyyə naziri və Azərbaycan səfiri iki ölkə arasında əməkdaşlığın hüquqi təminatı məsələsini müzakirə ediblər

Siyasət Materials 18 Yanvar 2007 15:09 (UTC +04:00)

Ukraynanın ədliyyə naziri Aleksandr Lavrinoviç və Azərbaycan Respublikasının Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Tələt Əliyev iki ölkə arasında əməkdaşlığın hüquqi təminatı məsələsini müzakirə ediblər. Bu barədə Trend in Kiyevdəki müxbiri xəbər verir. Ədliyyə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüş yanvarın 18-də olub.

Əsasən ədliyyə naziri və səfir hər iki ölkənin ərazisində Ukrayna və Azərbaycan vətəndaşlarının qarşılaşdığı problemli məsələlərin həlli yollarını müzakirə edib.

Beləliklə, bu gün Ukraynada 172 Azərbaycan vətəndaşı cəzasını çəkib qurtarır. Ukrayna və Azərbaycan arasında imzalanmış ikitərəfli və çoxtərəfli hüquqi beynəlxalq müqavilələr çərçivəsində Ukraynanın Ədliyyə nazirliyi 33 məhbusu cəzasını çəkmək üçün Azərbaycana vermək barədə məsələləri nəzərdən keçirir. Azərbaycan Ədliyyə Nazirliyinə Ukrayna vətəndaşı olan 2 məhkumun verilməsi barədə sorğu daxil olub. Bundan əlavə ölkələr arasında hüquqpozucuların verilməsi və cinayət işlərində qarşılıqlı yardım barədə Konvensiya həyata keçirilir.

Həmçinin, Azərbaycan səfiri ilə görüş zamanı Ukraynanın baş naziri Viktor Yanukoviçin 2006-cı ilin dekabrında Azərbaycana rəsmi səfəri zamanı əldə olunmuş razılıqların hüquqi baza ilə təminatı məsələsi müzakirə olunub.

Bundan əlavə Ukrayna naziri vurğulayıb ki, Ukraynanın Ədliyyə Nazirliyi Rusiyanın yanvarın 15-də qüvvəyə minmiş "Xarici vətəndaşların hüquqi statusu barədə" və "Miqarsiya uçotu barədə" qanununa etdiyi dəyişikliklər kimi, ölkənin miqarsiya qanununa dəyişikliklər etməyi planlaşdırmır.

Xəbər lenti

Xəbər lenti