ARDNŞ neft məhsullarının parakəndə satışı üzrə Yunanıstanda şirkət yaratmaq fikrindədir. Trend xəbər verir ki, bu barədə AzTV-yə müsahibəsində ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.
Onun sözlərinə görə, yaxın vaxtlarda ARDNŞ Rumınya və Türkiyədə öz nümayəndəliyini açmaq fikrindədir. O bildirib: "Gürcüstanda artıq belə nümayəndəliyimiz var".
Əvvəl də ARDNŞ rəhbəri bildirdiyi kimi, artıq 2009-cu ildə Azərbaycanda 50 mln. ton neft hasil ediləcək, 2010-cu ildə isə hasilat 65 mln. tona çata bilər.
O həmçinin bildirib ki, Rumınya ərazisi vasitəsilə xam neftin Avropaya nəqli yolları də nəzərdən keçirilir.