...

Fondun başçısı: Azərbaycan Dövlət Neft Fondu 2007-ci ildə BP və LUKOYL-dan 65 mln. ABŞ dolları həcmində bonus məbləği alacaq

Siyasət Materials 30 Yanvar 2007 16:14 (UTC +04:00)
Fondun başçısı: Azərbaycan Dövlət Neft Fondu 2007-ci ildə BP və LUKOYL-dan 65 mln. ABŞ dolları həcmində bonus məbləği alacaq

Azərbaycan Dövlət neft fondu (ARDNF) "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi layihəsi üzrə qaz hasilatının başlanması ilə bağlı xarici tərəfdaşlardan bonus şəklində 45 mln. ABŞ dolları alacaq. Trend xəbər verir ki, bu barədə çərşənbə axşamı ARDNF-in icraçı direktoru Şahmar Mövsümov mətbuat konfransında bildirib.

O, "Şahdəniz" yatağında qaz hasilatının tezliklə bərpa olunacağına və bundan 60 gün sonra "pulların bizə daxil olacağına" ümid etdiyini bildirib. "Şahdəniz" layihəsinin operatoru BP şirkətidir.

Onun sözlərinə görə, 2007-ci ildə Neft fondu Xəzərin Yalama (D-222) layihəsi üzrə Rusiyanın LUKOYL şirkətindən 20 mln. ABŞ dolları həcmində bonus almalıdır. 2006-cı ildə "Hövsan-Zığ" quru yatağının reabilitasiyası və işlənməsi layihəsi üzrə ARDNŞ-lə müqavilə bağlamış "Russneft" şirkətindən bonus daxilolmaları məsələsi hələ aydın deyil.

ARDNF 1999-cu ildə yaradılıb və onun vəzifəsi beynəlxalq neft-qaz sazişlərinin reallaşdırılmasından Azərbaycan hökumətinin gəlirlərinin toplanmasıdır. ARDNF-in əsas xərclərinə - Dağlıq Qarabağ səbəbindən Azərbaycan və Ermənistan münaqişəsi nəticəsində zərər çəkmiş qaçqın və məcburi köçkünlərin sosial şəraitlərinin yaxşılaşdırılması, eləcə də strateji infrastruktur layihələrinin maliyyələşdirilməsi daxildir.

Xəbər lenti

Xəbər lenti