...

Gürcüstan prezidenti Azərbaycanın dövlət başçısına zəng edib

Siyasət Materials 5 Fevral 2007 20:15 (UTC +04:00)

Fevralın 5-də Gürcüstan Prezidenti Mixail Saakaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Bu barədə Trend xəbər verir.

Telefon söhbəti zamanı dövlət başçıları Gürcüstan-Azərbaycan ikitərəfli münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etməsindən məmnunluq ifadə ediblər. Qeyd olunub ki, yaxın günlərdə Azərbaycan Prezidentinin Gürcüstana səfəri zamanı Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinə hazırlıq işlərinin həyata keçirilməsi ilə bağlı Tbilisidə imzalanacaq sənəd, həmçinin Azərbaycan qazının Gürcüstana verilməsi prosesinin başlanması həm ikitərəfli münasibətlərin inkişafı, həm də regional əməkdaşlığın genişlənməsi baxımından mühüm rol oynayacaq.

Azərbaycan və Gürcüstan prezidentləri ölkələrimiz arasında energetika sektorunda əməkdaşlığın gələcəkdə də inkişaf etdiriləcəyinə əmin olduqlarını bildiriblər.

Telefon söhbəti zamanı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər də müzakirə edilib.

Xəbər lenti

Xəbər lenti