...

Məcburi köçkünlər avtomobil yolunu bağladı

Siyasət Materials 6 Fevral 2007 15:12 (UTC +04:00)

Bərdənin Mamırlı kəndində məskunlaşan Ağdam rayonun məcburi köçkünləri Bərdə-Ağdam istiqamətində hərəkət edən avtomobil yolunu yarım saata yaxın bağlayıb. Aksiyada iştirak edən 200 yaxın məcburi köçkün yolun kəsməsinin səbəbini işıqların yanmaması ilə əlaqədar olduğunu bildirdilər. Köçkünlərin sözlərinə görə, gün ərzində onlara cəmi 5-6 saat elektrik verilir. Elektrik olmadığına görə, bir sıra problemlər yaranır. Bu problemlərin ən başlıcası içməli su problemidir. Çüeki su artezanlarının mühərikləri elektrik ilə işlədiyinə görə, elektrik olmayanda köçkünlər suyada möhtac olurlar. Məcburi köçkünlər isə əlacsız qalıb, içməli suyu müxtəlif ərazilərdən ibtidai üsullarla daşıyır. Məişətdə istifadə olunan suyu isə əl nasosların vasitəsi ilə yerin altındana çıxarırlar. Məsələyə münasibət bildirən Bərdə rayon Elektrik Şəbəkəsindən Trend in bölgə müxbirinə bildirdilər ki, sakinlərin üzləşdikləri problemdən xəbərdardılar. Buna səbəb bir neçə gün bundan öncə Bərdə rayonunda güclü küləyin əsməsidir. Gülək elektrik xətlərini sıradan çıxartdığı üçün, sakinlərə elektrik fasilələrlə verilir. Bu problem yaxın günlərdə aradan qaldırılıb, məcburi köçkünlər elektriklə təmin olunacaq.

Xəbər lenti

Xəbər lenti