...

ADP hazırlıqlarına başladığı Milli Forumun keçirilməsindən imtina etdi

Siyasət Materials 7 Fevral 2007 16:21 (UTC +04:00)

Azərbaycan Demokrat Partiyası Ümumazərbaycan Milli Forumunun keçirilməsi təşəbbüsünü həyata keçirməkdən imtina edib. Bu barədə Trend ə ADP-dən məlumat verilib.

Bu gün - fevralın 7-də ADP-nin 9-cu qurultayına hazırlıq üzrə Təşkilat Komitəsinin növbədənkənar iclası keçirilib və iclasda Milli Forumun təşkili ilə bağlı müzakirələr aparılıb. Müzakirələr zamanı ADP-yə müttəfiq olan partiyaların Milli Forumun keçirilməsi ilə əlaqədar təklifi qəbul etməməsi nəzərə alınaraq həmin tədbirdən imtina olunması barədə qərar qəbul edilib. Qeyd edək ki, ADP sədri Rəsul Quliyevin təklifi ilə iqtidar və müxalifət də daxil olmaqla bütün siyasi qüvvələrin iştirakı ilə Milli Forum keçirilməsi planlaşdırılırdı. Hətta ADP sədrinin birinci müavini Sərdar Cəlaloğu hakim Yeni Azərbaycan Partiyasının (YAP) rəhbəri, prezident İlham Əliyevə məktubla müraciət edərək Milli Foruma iqtidar və hakim partiyanın nümayəndələrini göndərməsini xahiş etmişdi.

Milli Forumun təşkili üçün R.Quliyevin təklif etdiyi formula ADP-nin də təmsil olunduğu "Azadlıq" blokundakı digər partiyalar tərəfindən razılıqla qarşılanmayıb.

Xəbər lenti

Xəbər lenti