...

"Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edilib

Siyasət Materials 16 Fevral 2007 18:34 (UTC +04:00)

Milli Məclisin fevralın 16-da keçirilən iclasında "Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında" qanun layihəsi ikinci oxunuşda müzakirə olunub və qəbul edilib. Bu barədə Trend xəbər verir.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyasının sədri Əli Hüseynov bildirib ki, qanun layihəsi birinci oxunuşda müzakirə olunan zaman bir sıra prinsipal məqamlarla bağlı deputatlar arasında fikir ayrılığı yaranıb.

Bunlardan birincisi hüquqi şəxslərin özəl mühafizə sturukturları yaratması ilə bağlı onlara verilən hüquq, ikincisi isə özəl mühafizə fəaliyyəti ilə məşğul olan şəxslərin mülki silahdan istifadə etməsi ilə bağlı onlara hüququn verilməsi idi.

Ə.Hüseynov qeyd edib ki, adıçəkilən layihə qanunvericilik təşəbbüsü ilə prezident İlham Əliyev tərəfindən Milli Məclisə göndərilib.

"Mülkü silahdan istifadəni nəzərdə tutan 16-cı maddə bütövlükdə qanundan çıxarılıb. Bu qanunvericilik təşəbbüsü subyketinin də mövqeyidir", -deyə komissiya sədri əlavə edib.

Onun sözlərinə görə, özəl mühafizə fəaliyyəti sahibkarlıq fəaliyyəti kimi nəzərdə tutulub.

Müzakirələrdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul olunub.

Özəl mühafizə fəaliyyəti ilə məşğul olan şəxslərin vahid geyim formaları olacaq. Bundan başqa məhkumluğu ödənilməmiş şəxslərə bu işlə məşğul olmaq qadağan edilib.

"Qəsdən cinayət törətməkdə ittiham olunan və ya qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxslər özəl mühafizə fəaliyyəti ilə məşğul ola bilməzlər", -deyə Əli Hüseynov bildirib.

Müzakirələrdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Xəbər lenti

Xəbər lenti