Fevralın 17-də Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Birləşmiş Ərəb Əmirliklərinin müdafiə naziri, Dubay əmiri, baş nazir və vitse-prezident Şeyx Məhəmməd Bin Rəşid Əl-Maktumanın dəvəti ilə 8-ci Beynəlxalq müdafiə sərgisində iştirak etmək üçün Əbu-Dabi şəhərinə yola düşüb. Bu barədə Trend ə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Səfər fevralın 20-də başa çatacaq.