...

Avropa Şurasının Yerli və regional hökumət orqanları konqresi Azərbaycan üzrə qətnamə hazırlayır

Siyasət Materials 20 Fevral 2007 16:33 (UTC +04:00)
Avropa Şurasının Yerli və regional hökumət orqanları konqresi Azərbaycan üzrə qətnamə hazırlayır

Martda Avropa Şurasının Yerli və regional hökumət orqanları konqresi Azərbaycanda seçki təcrübəsinə dair qətnaməni açıqlayacaq.

Bu barədə Trend ə Konqresin vitse-prezidenti Lyudmila Sfirloaqa məlumat verib.

Qətnamə Azərbaycan hökumətinə fevralda təqdim olunmalı idi. Konqresin vitse-prezidenti sənədin hazırlanmasının gecikməsini təşkilatın gərgin iş qrafikinin olması ilə izah edib.

Sənədə Azərbaycanın Avropa Şurası qarşısında, o cümlədən seçki təcrübəsi və Məcəlləsinin təkmilləşdirilməsinə aid götürdüyü öhdəliklərinin yerinə yetirilməsi məsələsi daxildir.

Xəbər lenti

Xəbər lenti