...

Azərbaycan XİN rəhbəri Səudiyyə Ərəbistanına yola düşüb

Siyasət Materials 21 Fevral 2007 16:00 (UTC +04:00)

Azəbaycan, Bakı /müx. Trend A.İsmayılova/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İslam Konfransı Təşkilatının fövqəladə iclasında iştirak üçün Səudiyyə Ərəbistanına yola düşüb. Azərbaycan XİN mətbuat və informasiya siyasəti idarəsinin rəisi Tahir Tağızadə bildirib ki, Azərbaycanın sədrliyi altında iclas fevralın 22-də Ciddədə keçiriləcək. Fövqəladə iclasda Yaxın Şərqdəki vəziyyət müzakirə ediləcək.

Xəbər lenti

Xəbər lenti