...

"Azadlıq" blokunun həmsədri Ə.Əliyev: "Hamının bir yerdə olması heç də vahid siyasi gücün yaranmasına gətirib çıxarmayıb"

Siyasət Materials 2 Mart 2007 19:24 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ "Azadlıq" blokunun Sədrlər Şurası müxalifətin yeni birliyinin yaradılması haqda Klassik Xalq Cəbhəsi Partiyasının müraciətini hələ müzakirə etməyib. Bu barədə "Azadlıq" blokunun həmsədri, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev açıqlama verib.

O bildirib ki, blokun müxalifətin yeni blokunun təsis edilməsi məsələsində öz mövqeyi var: "Siyasi təcrübə hamının bir yerdə olmasının heç də vahid siyasi gücün yaranmasına gətirib çıxarmadığını göstərir. "Azadlıq" bloku yaxşı təşkilatlansa da təəssüf ki, nəticə və fayda yoxdur. Hamının bir yerdə olmayacağı halda ciddi nəticə əldə etməyəcəyik tezisi proseslərə düzgün yanaşma deyil. Bir yerdə ola bilənlərin, mövqeyi uyğun gələnlərin ittifaq yaratması daha düzgün taktiki seçimdir",-deyə Ə.Əliyev bildirib.

Xəbər lenti

Xəbər lenti