...

Türkiyənin Quru Qoşunlarının komandanı: "Azərbaycan ordusu NATO standartlarına yaxınlaşıb"

Siyasət Materials 6 Mart 2007 17:08 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir E.Hüseynli/ Türkiyənin Quru Qoşunlarının komandanı ordu generalı İlker Başbuğ Azərbaycana rəsmi səfərini Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarətlə başlayıb. Ziyarətdən sonra jurnalistlərə açıqlama verən İ.Başbuğ Azərbaycanın Türkiyənin Quru Qoşunlarının komandanı vəzifəsinə təyin olunandan sonra səfər etdiyi ikinci dövlət olduğunu deyib: "Azərbaycan və Türkiyə qardaş ölkələrdir. Kökümüz, taleyimiz birdir". Türk generalı həmkarı ilə görüşündə iki dövlətin müvafiq qurumları arasında əməkdaşlığın gücləndiriləcəyini, birgə həyata keçiriləcək layihələrin müzakirə ediləcəyini bildirib. İ.Başbuğ görüşlərdə regiondakı proseslərin də müzakirə olunacağını vurğulayıb. O, Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına daha çox yaxınlaşdığını və Türkiyənin bu istiqamətdə Azərbaycana hər zaman kömək etməyə hazır olduğunu deyib.

Xəbər lenti

Xəbər lenti