...

Azərbaycan prezidenti Rəssamlar İttifaqı üzvlərinin yaradıcılıq şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında sərəncam imzalayıb

Siyasət Materials 12 Mart 2007 19:33 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir A.İsmayılov/ Azərbaycan prezidenti İlham Əliyev Rəssamlar İttifaqı üzvlərinin yaradıcılıq şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında sərəncam imzalayıb. Bununla əlaqədar Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə Azərbaycan Rəssamlar İttifaqının yerləşdiyi binanın (Xaqani küçəsi, 19) əsaslı təmiri ilə bağlı təkliflər hazırlamaq tapşırığı verilib. Bakı Şəhər İcra Hakimiyyətinə Abşeron yarımadasında Azərbaycan Rəssamlar İttifaqının üzvlərinə yaradıcılıq evinin tikilməsi üçün yer ayrılması barədə göstəriş verilib. Mədəniyyət və Turizm Nazirliyinə Azərbaycanın təsviri sənət incilərinin 2008-2013-cü illərdə xarici ölkələrdə nümayiş etdirilməsinə dair təkliflər hazırlamaq tapşırığı verilib. Nazirlər Kabinetinə xüsusi təqaüd fondunun yaradılması həvalə olunub.

Xəbər lenti

Xəbər lenti