...

Azərbaycan prezidenti Seneqal prezidentini təbrik edib

Siyasət Materials 14 Mart 2007 20:18 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir P.Əmircanov/ Azərbaycan prezidenti İlham Əliyev Seneqal prezidenti Abdulla Vada məktub göndərərək onu yenidən prezident seçilməsi münasibətilə təbrik edib. Bu barədə Trend AzTV-yə istinadən xəbər verir. Məktubda Azərbaycan və Seneqal xalqları arasında dostluq və əməkdaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə ümid ifadə olunur.

Xəbər lenti

Xəbər lenti