...

Milli Məclis yanında Toponimiya Komissiyasının iclası keçirilib

Siyasət Materials 27 Mart 2007 19:17 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Milli Məclis yanında Toponimiya komissiyasının martın 27-də keçirilən iclasında "Azərbaycan Respublikası Lerik rayonunun Noda kənd inzibati ərazi dairəsi tərkibindəki Azərbaycan kəndinin Günəşli kəndi adlandırılması haqqında" qanun layihəsi müzakirə olunub.

Komissiyanın sədri, akademik Budaq Budaqov bildirib ki, Lerik Rayon İcra hakimiyyəti kəndin adının dəyişdirilməsi təklifi ilə Toponimiya Komissiyasına müraciət edib. Komissiyanın üzvləri rayon ictimaiyyətinin müraciətini müzakirə edərək, bunu müsbət qiymətləndiriblər.

Müzakirələr zamanı Milli Məclisin Regional məsələlər daimi komissiyasının üzvləri də Lerik rayon İcra hakimiyyətinin müraciətini və  Toponimiya komissiyasının qərarını dəstəkləyiblər.

Sonda qanun layihəsinin Milli Məclisin müzakirəsinə çıxarılması qərara alınıb.

Xəbər lenti

Xəbər lenti