...

AXCP növbəti dəfə Əmlak Komitəsinə müraciət edəcək

Siyasət Materials 28 Mart 2007 19:21 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) qərargahla təmin olunması üçün yaxın günlərdə növbəti dəfə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə müraciət edəcək. Bu barədə AXCP Ali Məclisinin sədri Qulamhüseyn Əlibəyli məlumat verib.

O, həmçinin partiyasının növbəti qurultaya hazırlaşdığını deyib. Əlibəylinin sözlərinə görə, gələn həftə qurultaya hazılıq üzrə Təşkilat Komitəsinin iclası keçiriləcək, qurultayla bağlı müzakirələr aparılacaq. Təşkilat Komitəsinin iclasından sonra Azərbaycanın bölgələrində qurultaya hazırlıq konfranslarına start veriləcək.

AXCP-nin sədri keçmiş dövlət katibi, sabiq deputat Əli Kərimlidir. Partiya müxalifətçi "Azadlıq" blokunda təmsil olunur.

Xəbər lenti

Xəbər lenti