...

Azərbaycan prezidenti Belarusun baş nazirini qəbul edib

Siyasət Materials 28 Mart 2007 20:26 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir P.Əmircanov/Azərbaycan pezidenti İlham Əliyev martın 28-də Belarusun baş naziri Sergey Sidorskini qəbul edib. Bu barədə Trend xəbər verir.

İlham Əliyev Azərbaycan ilə Belarus arasında ikitərəfli münasibətlərin inkişafından məmnun olduğunu, Belarusa rəsmi səfərindən qısa müddət keçməsinə baxmayaraq, əlaqələrimizin daha da genişləndirilməsi istiqamətində artıq konkret nəticələrin əldə olunduğunu, Belarus Baş nazirinin Azərbaycana səfərinin iki ölkə arasında əlaqələrin bundan sonra da inkişafına öz töhfəsini verəcəyinə əminliyini bildirib.

Sergey Sidorski Belarus prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana bu yaxınlarda rəsmi səfərə gələcəyini və bu səfərin əlaqələrimizin daha da möhkəmlənməsində mühüm rol oynayacağını bildirib.

Xəbər lenti

Xəbər lenti