...

Azərbaycan prezidenti ABŞ-ın ATƏT-dəki səfirini qəbul edib

Siyasət Materials 29 Mart 2007 20:35 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir P.Əmircanov/ Azərbaycan prezidenti İlham Əliyev martın 29-da ABŞ-ın ATƏT-dəki səfiri Culi Finlinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlət başçısı Azərbaycan ilə ATƏT arasındakı əməkdaşlığın səviyyəsindən razı qaldığını, bu səfərin ölkəmiz ilə təşkilat arasında əlaqələrin gələcək perspektivlərini müzakirə etmək üçün yaxşı imkan yaratdığını qeyd edib.

Culi Finli ölkəmizə ilk dəfə səfər etməkdən böyük məmnunluq duyduğunu bildirib. O, səfərində məqsədin Azərbaycan-ATƏT əməkdaşlığına dair geniş məlumat almaqdan və bu əməkdaşlıqla bağlı Azərbaycan prezidenti ilə fikir mübadiləsi aparmaqdan ibarət olduğunu söyləyib. Qonaq Azərbaycanın ATƏT ilə əməkdaşlığın bir sıra sahələrində, o cümlədən insan alverinə qarşı mübarizə sahəsində böyük uğurlar əldə etdiyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti