...

Azərbaycanın Sumqayıt şəhəri ilə Fransanın Lill şəhəri arasında partnyorluq əlaqələri qurulacaq

Siyasət Materials 2 Aprel 2007 13:15 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E. Hüseynli/ Azərbaycanın Sumqayıt şəhəri ilə Fransanın Lill şəhəri arasında partnyorluq əlaqələri qurulacaq. Sumqayıt Şəhər İcra Hakimiyyətindən bazar ertəsi verilən məlumata görə, bununla bağlı Fransanın Azərbaycandakı səfiri Amodrik Bernar dü Şafonun Sumqayıtın icra başçısı Vaqif Əliyevlə görüşündə razılıq əldə olunub. Səfir Lill və Sumqayıt şəhərləri arasında bir sıra oxşar cəhətlərin olduğunu deyərək, partnyorluq əlaqələrinin qurulması təklifini yüksək qiymətləndirib və bu istiqamətdə hərtərəfli köməyini əsirgəməyəcəyini bildirib.

Sumqayıtın İtaliyanın Bari, Türkiyənin Ceyhan, Ukraynanın Çerkassı və Çinin Cucou şəhərləri ilə qardaşlaşmış şəhər əlaqəsi mövcuddur. Avstriyanın Lints, İtaliyanın Genuya, Belarusun Mogilyov və Qazaxıstanın Aktau şəhərləri ilə isə partnyorluq əlaqələrinin qurulması haqqında müvafiq sənədlərin imzalanması nəzərdə tutulub. Mayda Sumqayıt ilə Almaniyanın Lüdviqshafen şəhəri arasında partnyorluq əlaqələrinin qurulmasının 30 illiyi münasibəti ilə yubiley tədbirləri keçiriləcək.

Xəbər lenti

Xəbər lenti