...

Bakıda Venesiya komissiyasının üzvləri ilə Azərbaycan hökuməti arasında danışıqlar başlayıb

Siyasət Materials 11 Aprel 2007 12:19 (UTC +04:00)

Azərbaycan, Bakı / müx. Trend A.İsmayılova / Avropa Şurasının Venesiya komissiyasının nümayəndələri Bakıda Azərbaycan hökumətinin təmsilçiləri ilə danışıqlar aparırlar. Bu barədə Avropa Şurasının Bakı ofisindən məlumat verilib. Bununla belə görüşün yeri və komissiyanın tərkibi, habelə danışıqların digər detalları açıqlanmır.

Qeyd edək ki, Venesiya komissiyası və Azərbaycan hökuməti ATƏT-in Bakı ofisi ilə birgə "Sərbəst toplaşma haqqında" qanunun, eləcə də Seçki Məcəlləsinin təkmilləşdirilməsi ilə bağlı danışıqlar aparırlar. Məsələ ilə bağlı sonuncu dəfə müzakirələr Strasburqda keçirilib. Tərəflər qanunların müvafiq müddəalarını nəzərdən keçiriblər və qanunvericilik bazasının təkmilləşdirilməsinə dair təkliflərini irəli sürüblər.

Xəbər lenti

Xəbər lenti