...

Heydər Əsədovun Hesablama Palatasının sədrliyinə namizədliyi təsdiqlənib

Siyasət Materials 16 Aprel 2007 21:32 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Aprelin 16-da Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının iclası keçirildi. İclası açan komissiyanın sədri Ziyad Səmədzadə Hesablama Palatasının sədri Namiq Nəsrullayevin səhhətilə əlaqədar işdən azad olunması üçün Milli Məclisin sədri Oqtay Əsədova müraciət etdiyini diqqətə çatdırdı. Bu barədə Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Sonra çıxış edən Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev bildirib ki, Milli Məclis sədri Hesablama Palatasının sədri vəzifəsinə Heydər Əsədovun namizədliyini irəli sürüb. Heydər Əsədov uzun illərdir ki, maliyyə nazirinin müavini vəzifəsində çalışır.  Həmişə yüksək idarəçilik qabiliyyəti və iqtisadi sahədə geniş iş təcrübəsi ilə seçilib.

Çıxış edən komissiya üzvləri də Heydər Əsədovun namizədliyini dəstəkləyərək məsələni Milli Məclisin iclasında müzakirəyə tövsiyə ediblər.

Sonra Hesablama Palatasının auditoru Abbas Allahverdiyev Palatanın 2006-cı ildəki fəaliyyəti haqqında hesabat barədə məlumat verib.

Xəbər lenti

Xəbər lenti