...

Azərbaycanın yeni siyasi partiyasının eks-prezidentlə əlaqəsi olmayacaq

Siyasət Materials 17 Aprel 2007 15:17 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycanda yeni yaradılacaq "Yeni Zaman Partiyası"nın eks-prezident Ayaz Mütəllibovla heç bir əlaqəsi yoxdur və o, partiyanın rəhbərliyində təmsil olunmayacaq. Bu barədə "Yeni Zaman"-"Novoye vremya" qəzetlərinin baş redaktoru, partiyanın təşəbbüskarlarından olan Şakir Habiloğlu məlumat verib.

Onun sözlərinə görə, Azərbaycan siyasi mühitində yaranan boşluğı və bir sıra mühüm sahələrdəki problemləri nəzərə alaraq yeni siyasi partiya təsis olunacaq. Mərkəzçi mövqedə dayanan bu partiya Azərbaycanın problemlərini, ərazisinin işğal olunması və sosial-iqtisadi problemləri intellektual səviyyədə qaldıracaq, onların həlli yollarını, öz proqramlarını təqdim edəcək.

Partiyanın təsis qurultayı yayda keçiriləcək. Partiyanın yaradılması üzrə təşəbbüs qrupunun rəhbəri "Yeni Zaman"-"Novoye vremya" qəzetlərinin təsisçisi Musa Ağayevdir. Habiloğlunun sözlərinə görə, qurultayda Ağayevin sədr seçilməsi mümkündür.

Azərbaycanın eks-prezidenti Mütəllibova yaxın olan, onun hüquqlarını müdafiə edən bu qəzetlərin rəhbəri yeni yaranacaq partiyanın Mütəllibovla bağlı olmadığını deyib: "Ayaz Mütəllibovun özünün partiyası var. Biz də vaxtilə onun hüquqlarını müdafiə etmişik, amma bu o demək deyil ki, Mütəllibov bizim partiyanın sədri, yaxud lideri olacaq. Ümumiyyətlə, biz liderlik institutunu dəstəkləmirik və Yeni Zaman Partiyasının da kənardan hər hansı lideri olmayacaq. Burada sədr, İdarə Heyəti seçiləcək".

Xəbər lenti

Xəbər lenti