...

205 kiloqramdan artıq narkotik maddə qanunsuz dövriyyədən çıxarılıb

Siyasət Materials 18 Aprel 2007 16:52 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Cari ilin birinci rübündə respublikada narkotiklərin qüanunsuz dövriyyəsi ilə bağlı 775 cinayət qeydə alınıb. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Üzrə Dövlət Komissiyasından çərşənbə günü Trend ə verilən məlumata görə, qeydə alınan cinayətlərin 494-ü narkotiklərin saxlanması, 263-ü satışı, 14-ü isə əkini ilə bağlıdır.

Bu müddətdə qanunsuz dövriyyədən 205 kq 628 qr müxtəlif növ narkotik maddə çıxarılıb. Narkotiklərin 139 kiloqramı həşiş, 36-kq-dan çoxu marixuana, 18 kq-dan çoxu tiryək, 12 kq-dan çoxu isə heroin olub.

Narkotika cinayətləri törətdiyi üçün cari ilin ilk üç ayında 444 şəxs məsuliyyətə cəlb olunub. Onların 118-i 30, 325-i 30 yaşdan yuxarı, 421-i işsiz, 8-i qadın, 436-sı kişi, 142-si əvvəllər məhkum olunmuşlar, 13-ü əcnəbilər olub. Hesabat dövründə narkotiklərdən istifadə etdiklərinə görə 6 nəfər dünyasını dəyişib.

Xəbər lenti

Xəbər lenti