...

ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı iki komponent üzrə ideyalarla çıxış ediblər

Siyasət Materials 19 Aprel 2007 12:46 (UTC +04:00)
ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı iki komponent üzrə ideyalarla çıxış ediblər

Azərbaycan,Bakı/müxbir Trend A.İsmayılova/Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Vardan Oskanyanın dünən Belqradda keçirilən görüşündə ATƏT-in Minsk qrupunun həmsədrləri (Rusiya, ABŞ, Fransa) Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı iki komponent üzrə ideyalarla çıxış edib. Bu barədə Azərbaycan XİN-in mətbuat katibi Xəzər İbrahim məlumat verib.

XİN nümayəndəsi bu komponentləri dəqiqləşdirməyib. O, qeyd edib ki, görüş zamanı münaqişənin həlli ilə bağlı səkkiz komponentin hamısı ilə bağlı müzakirələr aparılıb və mayın 12-də Ermənistandakı parlament seçkilərindən sonra həmsdərlərin regiona səfər etməsi barədə qərar qəbul edilib.

Xəbər lenti

Xəbər lenti