...

Milli Məclisin komissiya sədri hesab edir ki, "Miqrasiya haqqında" qanun qəbul olunmalıdır

Siyasət Materials 20 Aprel 2007 16:12 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ "Miqrasiya haqqında" qanun qəbul olunmalıdır. Bu barədə cümə günü Bakıda Milli Məclisin Sosial siyasət daimi komissiyasının sədri, millət vəkili Hadı Rəcəbli məlumat verib.

Komissiya sədri qeyd edib ki, Milli Məclisdə "Əmək miqrasiyası haqqında" qanun qəbul olunub: "Bu qanun yaxşı işləyir. Amma miqrasiya ilə bağlı başqa bir hüquqi sənəd yoxdur. Ona görə də "Miqrasiya haqqında" qanun qəbul edilməsi yaxşı olardı."

H.Rəcəbli hesab edir ki, Azərbaycanda miqrasiya ilə bağlı məsələlərlə Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi məşğul olmalıdır: "Çünki onların bu sahədə böyük təcrübələri var və prosesi daha yaxşı idarə edə bilərlər."

Xəbər lenti

Xəbər lenti