...

Azərbaycan prezidenti Misirə ilk səfərini edəcək

Siyasət Materials 25 Aprel 2007 15:21 (UTC +04:00)
Azərbaycan prezidenti Misirə ilk səfərini edəcək

Azərbaycan, Bakı /müx. Trend A.İsmayılova/ May ayının 6-8-də Azərbaycan prezidenti İlham Əliyevin Misir Ərəb Respublikasına ilk səfəri gerçəkləşəcək.

Misirin Azərbaycandakı səfiri Yusif Əl Şarkavinin çərşənbə günü verdiyi məlumata görə, İlham Əliyev burada Misir prezidenti Məhəmməd Hüsni Mübarək, baş nazir Əhməd Nazif, parlament sədri Əhməd Fəthi Surur və digər şəxslərlə görüşlər keçirəcək.

Səfər zamanı təhsil, idman və gənclər, kənd təsərrüfatı, turizm, poçt sistemi və konsulluq məsələləri sahəsində ikitərəfli sazişlər imzalanacaq.

Prezident İlham Əliyev həmçinin Azərbaycanın Qahirədəki yeni səfirliyinin açılışında iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti