...

Azərbaycanın hakim partiyasının sədr müavini Moldovanın səfiri ilə görüşüb

Siyasət Materials 26 Aprel 2007 14:51 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov cümə axşamı Bakıda Moldovanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robu İon Yefremoviçlə görüşüb. Görüşdə səfirə YAP-ın yaranma tarixi, ölkənin ictimai-siyasi həyatında rolu və strukturu barədə ətraflı məlumat verilib.Görüşdə həmçinin Azərbaycanla Moldova arasında qarşılıqlı əməkdaşlıq münasibətlərinin mövcud durumu, inkişaf perspektivləri, o cümlədən GUAM-ın regional layihələrin həyata keçirilməsində və hər iki ölkənin üzləşdiyi münaqişələrin həllində rolu barədə geniş fikir mübadiləsi aparılıb. Görüşdə həmçinin Azərbaycanla Moldova arasında qarşılıqlı əməkdaşlıq münasibətlərinin mövcud durumu, inkişaf perspektivləri, o cümlədən GUAM-ın regional layihələrin həyata keçirilməsində və hər iki ölkənin üzləşdiyi münaqişələrin həllində rolu barədə geniş fikir mübadiləsi aparılıb. YAP 1992-ci ildə Naxçıvanda yaradılıb. 14 ildir ki, hakim partiya olan YAP-ın ilk sədri mərhum eks-prezident Heydər Əliyev olub. Partiyanın hazırkı sədri prezident İlham Əliyevdir.

Xəbər lenti

Xəbər lenti