Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Heydər Əliyevin doğum günü münasibətilə Azərbaycanın Türkiyədəki səfirliyi Ankarada fəaliyyət göstərən Heydər Əliyev adına məktəbin şagirdləri arasında "Heydər Əliyev və türk dünyası" mövzusunda müsabiqə elan edib. Bu barədə çərşənbə axşamı səfirliyin mətbuat xidmətindən telefonla məlumat verilib.
Məlumata görə, müsabiqədə I, II, III yerləri tutan qaliblər səfirliyin diplomu və xüsusi hədiyyəsi ilə mükafatlandırılacaqlar.