...

Azərbaycan və Səudiyyə Ərəbistanı gənclər siyasəti və idman sahəsində əməkdaşlığı genişləndirir

Siyasət Materials 1 May 2007 17:32 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Ağayeva/Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Səudiyyə Ərəbistanına hazırkı səfəri çərçivəsində gənclər siyasəti və idman sahəsində əməkdaşlığın inkişafı məsələlərini müzakirə edəcək. Bu barədə çərşənbə günü nazirliyin mətbuat xidmətinin rəhbəri Raqif Abbasov məlumat verib.

Mətbuat xidməti rəhbərinin sözlərinə görə, nazirin Səudiyyə Ərəbistanı krallığı nəzdində departamentin rəhbəri şahzadə bin Feysəl bin Əbdüləzizlə görüşü planlaşdırılır. Görüşdə əməkdaşlıq, Azərbaycan idmançılarının Səudiyyə Ərəbistanındakı yarışlarda və Səudiyyə Ərəbistan idmançılarının Azərbaycandakı yarışlarda iştirakı məsələləri müzakirə olunacaq.

Nazir islam ölkələrinin gənclər və idman nazirlərinin bu gün və sabah Səudiyyə Ərəbistanında keçən iclasında iştirak edir. Sammitdə islam ölkələri arasında gənclər siyasəti və idman sahəsində əməkdaşlıq məsələləri müzakirə olunacaq, deyə Abbasov məlumat verib.

Xəbər lenti

Xəbər lenti