...

YAP rəsmisi: "Azərbaycan Türkiyə xalqının istənilən seçiminə hörmətlə yanaşacaq"

Siyasət Materials 2 May 2007 19:28 (UTC +04:00)
YAP rəsmisi: "Azərbaycan Türkiyə xalqının istənilən seçiminə hörmətlə yanaşacaq"

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ "Azərbaycan Türkiyə xalqının istənilən seçiminə hörmətlə yanaşacaq". Bu barədə çərşənbə axşamı Bakıda hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi, millət vəkili Əli Əhmədov bildirib.

YAP rəsmisi qeyd edib ki, Türkiyə Azərbaycan üçün çox doğma bir ölkədir.

"Türkiyədə sabitliyin, əmin-amanlığın, siyasi durumun normal məcrada davam etməsini çox arzulayırıq. Əlbəttə, Türkiyə xalqının istənilən seçiminə biz hörmətlə yanaşacağıq. Güman edirəm ki, Türkiyədəki proseslər türk xalqının, Türkiyənin istəyinə və marağına uyğun olacaq" - deyə millət vəkili əlavə edib. Əhmədov bildirib ki, Azərbaycan Türkiyədə həmişə siyasi sabitlik olmasını istəyir.

Prezident seçkiləri ilə bağlı Türkiyədə yaranmış siyasi böhran davam edir. Hakim Ədalət və İnkişaf Partiyası prezidentliyə xarici işlər naziri Abdulla Gülün namizədliyini irəli sürüb. Lakin o, Böyük Millət Məclisində keçirilən seçkilərin birinci turunda lazım olan 367 səsi yığa bilməyib. Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının iddiası əsasında Konstitusiya Məhkəməsi prezident seçkilərinin birinci turunun nəticələrini ləğv edib. Ona görə də Türkiyədə növbədənkənar parlament seçkilərinin keçiriləcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti