...

Səfir: "Azərbaycan prezidentinin Misirə səfəri çox böyük əhəmiyyətə malikdir"

Siyasət Materials 5 May 2007 14:01 (UTC +04:00)
Səfir: "Azərbaycan prezidentinin Misirə səfəri çox böyük əhəmiyyətə malikdir"

Azərbaycan, Bakı/ Trend A.Əliyeva/ Misir Ərəb Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Yusif Əhməd əl- Şərkavi ilə eksklüziv müsahibə

- Hörmətli səfir, Siz Azərbaycan prezidenti İlham Əliyevin mayın 6-8-də Misir Ərəb Respublikasına (MƏR) nəzərdə tutulan səfərini necə dəyərləndirərdiniz?

- Qeyd etmək istərdim ki Azərbaycanın dövlət başçısının Misirə səfəri böyük əhəmiyyətə malikdir. İlk növbədə bu, iki ölkənin prezidentləri arasında aparılan vaxtaşırı siyasi məsləhətləşmələrin nəticəsidir. Səfərin əhəmiyyətini artıran daha bir faktor isə həm Azərbaycan prezidenti Əliyev, həm də Misir prezidenti Hüsnü Mübarəkin iki ölkənin qarşılıqlı əlaqələri üçün mühüm məsələlərdə fikir mübadiləsi aparmasıdır. Bununla yanaşı, hər iki prezident gözəl dostluq əlaqələrinə, həmçinin bu əlaqələrin inkişafı üçün siyasi iradəyə malikdirlər.

Səfər zamanı Azərbaycan və Misir arasında turizm, gənclər siyasəti və idman, təhsil və digər sahələrdə bir sıra əməkdaşlıq sazişlərinin imzalanacağı gözlənilir. Bundan əlavə, dövlət başçıları bir sıra regional və beynəlxalq əməkdaşlıq aspektlərini müzakirə edəcəklər.

Sizə məlumdur ki, Misir Ərəb Respublikası Yaxın Şərqdə aparıcı dövlətdir və bu səbəbdən onun siyasəti öz fəallığı ilə seçilir. Mənim sözlərimi son üç ay ərzində 69 ölkənin dövlət başçılarının, xarici siayasət idarələri və b. yüksək rütbəli diplomatların səfərləri də sübut edir.

- Misirə marağın bu cür artrması nə ilə izah olunur?

- Əvvala, bu, digər dövlətlərin Misir Ərəb Respublikası ilə fəal iqtisadi əməkdaşlıq yaratmaq səyləri ilə izah olunur. Mənim fikrimcə, ikinci səbəb - bu ölkələrin liderlərini bizim prezidentimiz Mübarəkin bu və ya digər siyasi məsələlərə, xüsusilə də münaqişələrə münasibəti maraqlandırır. Heç kimə sirr deyil ki, Misir Yaxın Şərq regionunun lideridir və İsrail-ərəb münaqişəsinin yoluna qoyulmasında az əmək sərf etmir.

- Sizin fikrinizcə, Misirlə əlaqələrdə Azərbaycan üçün mühum olan nədir?

- Hər iki ölkənin xüsusilə təhsil və mədəniyyət sahələrində çoxəsrlik əlaqələrinin olması ilə yanaşı, Azərbaycan Msirin BMT, İKT və digər beynəlxalq təşkilatlardakı mühüm rolunu gözəl bilir.

Siz soruşa bilərsiniz ki, Misir üçün Azərbaycan nə ilə maraqlıdır? Biz də öz növbəmizdə bilirik ki, Azərbaycan Qafqaz regionunda liderliyə iddia edir, bununla yanaşı Azərbaycan iqtisadiyyatı kifayət qədər böyük inkişaf perspektivlərinə malikdir. Eyni şeyi bizim ölkəmiz üçün də demək olar. Azərbaycanda olduğu kimi, Misirdə də investisiya mühiti kifayət qədər əlverişlidir. Hazırda dünyanın müxtəlif yerlərindən Misir iqtisadiyyatına böyük investisiya axını müşahidə olunur. Müvafiq tendensiya Azərbaycanda da mövcuddur. Buna görə də gözlənilən səfərdə biz də öz qarşımızda duran əhəmiyyətli bir məsələni - Azərbaycan və Misirin biznes dairələri arasında əlaqələrin genişləndirilməsi, həm Misir, həm də Azərbaycan iqtisadiyyatına birgə kapital qoyuluşları məsələsini müzakirə edəcəyik. Bununla əlaqədar mənim tərəfimdən iki ölkənin özəl biznes dairələrinin əlaqələrinin inkişafını stimullaşdıracaq bir qurumun - Şuranın yaradılması barədə təşəbbüs irəli sürülüb.

- Sizin təklif etdiyiniz Şura Azərbaycan-Misir hökumətlərarası komissiyasından ayrı fəaliyyət göstərəcək?

- Azərbayacan və Misir arasında iqtisadi, texniki və elmi sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiya mövcuddur və həmin komissiya kifayət qədər fəal surətdə işləyir. Azərbaycan tərəfindən komissiyaya iqtisadi inkişaf naziri Heydər Babayev, Misir tərəfindən isə beynəlxalq əməkdaşlıq naziri xanım Faizə Əbu əl-Naqa rəhbərlik edir. Mənim tərəfimdən təklif olunan Şura isə bir növ ölkələrimizin işgüzar dairələri arasındakı münasibətləri intensivləşdirmək üçün mexanizm rolu oynayacaq.

- Belə çıxır ki, bu, özəl bir qurum olacaq?

- Hə, bu Şuranı QHT də adlandırmaq olar. Misir bu üsulu bir çox ölkələrlə əlaqələrdə təcrübədən keçirib və kifayət qədər effektli bir üsuldur. Azərbaycan və Misirin Ticarət palataları arasında sıx münasibətlərin olmasını xatırlatmaq da yerinə düşər.

- Sizcə, iqitisadiyyatın hansı sahələrini əməkdaşlıq üçün daha perspektivli hesab etmək olar?

- Bu, ən müxtəlif sahələr ola bilər, məsələn, neft sahəsi. Hər iki ölkə, həm Azərbaycan, həm də Misir neft sahəsinin inkişafında böyük təcrübəyə malikdir. Misir eyni zamanda informasiya texnologiyaları sahəsində də müəyyən təcrübəyə malikdir. Əczaçılıq da bizim ölkədə kifayət qədər inikişaf edib. Bizim əczaçılq məhsullarımız keyfiyyəti ilə seçilir və dünya qiymətləri ilə müqayisədə elə də baha deyil. Həmçinin tikinti sahəsində əməkdaşlıq potensialının mövcud olduğunu bildirmək istəyirəm. Bizim tikinti şirkətlərimiz Afrika və ərəb ölkələrində kifayət qədər fəal işləyir. Misir tərəfi Azərbaycanda klinika tikməyi planlaşdırır və bu istiqamətdə bir sıra addımlar atılıb. Hər iki dövlətin hökumətləri mümkün olan hər bir şeyi edir, indi isə iş adamlarına bunlardan tam mənada istifadə etmək qalır. Hazırda bizim əsas səyimiz Azərbaycan və Misir arasında Şarmanşeyxdən birbaşa hava xəttinin açılmasına yönəlib.

Ölkələrimiz arasındakı əməkdaşlıqdan danışarkən yüksək siyasi tərəfdaşlığın olduğunu da qeyd etmək istəyirəm. Azərbaycan və Misir dölət başçıları arasında müntəzəm siyasi məsləhətləşmələr aparılır. XİN rəhbərləri vaxtaşırı beynəlxalq forumlarda görüşür. Son iki ildə Azərbaycan və Misir arsında üç dəfə siyasi məsləhətləşmələr aparılması çox böyük əhəmiyyətə malikdir. Bizim təhsil və mədəniyyət sahəsindəki əlaqələrimizə də toxunmaq istərdim. Hazırda Misirin müxtəlif universitetlərində təqribən 200 azərbaycanlı tələbə təhsil alır. Bu ildən etibarən Azərbaycanın müxtəlif dövlət ali təhsil müəssisələrində 16 misirli tələbə təhsil alır. Bu il Azərbaycanda ilk dəfə "Misir mədəniyyət həftəsi"nin keçirilməsi də mədəniyyət sahəsində əlaqələrimizin fəal olmasını göstərir. Misirdə Azərbaycan mədəniyyət günləri isə hələ 2005-ci ilin noyabrında keçirilmişdi.

Xəbər lenti

Xəbər lenti