...

Səfir: ABŞ Azərbaycanı saxlanılmış jurnalistlərin işləri üzrə bütün faktları araşdırmağa çağırır

Siyasət Materials 8 May 2007 18:36 (UTC +04:00)
Səfir: ABŞ Azərbaycanı saxlanılmış jurnalistlərin işləri üzrə bütün faktları araşdırmağa çağırır

Azərbaycan,Bakı/müxbir Trend S.Ağayeva/ABŞ Azərbaycan hakimiyyətini Cinayət Məcəlləsindən jurnalist məqalələrinə görə cinayət məsuliyyəti nəzərdə tutan maddəni çıxarmağa çağırır. Bu barədə çərşənbə günü Bakıda jürnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi bəyan edib.

"Biz əminik ki, jurnalistlərə qarşı zorakılıq, təqib, döyülmə kimi faktlar ciddi araşdırılmalıdır", - deyə səfir bəyan edib.

Onun sözlərinə görə, ABŞ beynəlxalq təşkilatların Azərbaycanın beş jurnalistinin həbsi ilə bağlı narahtılığını bölüşür. "Ümid edirik ki, Azərbaycanın vətəndaş cəmiyyəti, KİV-i, hakimiyyəti və cəmiyyəti ölkədə jurnalistikanın inkişafı və mətbuat azadlığının təmin olunması üçün bütün səylərini sərf edəcəklər", - deyə diplomat vurğulayıb.

Dersinin qeyd etdiyi kimi, ABŞ inanır ki, azad mətbuatın fundamental əhəmiyyəti var, dövlət isə bu azadlığın qarantıdır. Biz həmçinin anlayırıq ki, demokratik ölkələrdə mətbuatın çox böyük nüfuzu var və müvafiq məsuliyyət daşıdığına görə hesab edirəm ki, mətbuat peşəkar, obyektiv və neytral olmalıdır, deyə səfir qeyd edib.

Azərbaycanın regionda lider olmaq üçün böyük potensiala malikdir və ölkədə demokratikləşmə sahəsində atılmış addımlar bu niyyətlərin reallaşdırılmasına imkan verəcək, deyə səfir hesab edir.

Azərbaycanda məhkəmələrin qərarları ilə bəzi jurnalistlər KİV-də nəşr etdirdikləri məqalələrə görə cinayət məsuliyyətinə cəlb olunub. Bununla bağlı ATƏT, AB və digər beynəlxalq strukturlar narahatlıqlarını bildirib.

Xəbər lenti

Xəbər lenti