...

Azərbaycan və Macarıstan hökuməti iqtisadi əməkdaşlığın inkişafı üzrə bir sıra sənədlər imzalayacaq

Siyasət Materials 16 May 2007 15:12 (UTC +04:00)
Azərbaycan və Macarıstan hökuməti iqtisadi əməkdaşlığın inkişafı üzrə bir sıra sənədlər imzalayacaq

Azərbaycan, Bakı/ Trend müxbir S.Ağayeva/ Macarıstanın xarici işlər naziri Kinqi Qensin 17-19 may tarixində Bakıya nəzərdə tutulan rəsmi səfəri çərçivəsində Azərbaycan və Macarıstan arasında iqtisadi əməkdaşlığın inkişafı üzrə bir sıra sazişlər imzalanacaq. Bu barədə çərşənbə günü Azərbaycanın Macarıstandakı səfirliyindən telefon vasitəsilə bildirilib.

Bu, Macarıstan XİN rəhbərinin Azərbaycana ilk rəsmi səfəridir. Nazir və onu müşayiət edən nümayəndə heyəti mayın 17-si axşam Bakıya gələcək. Mayın 18-i səhər Macarıstan xairici siyasət idarəsinin rəhbəri Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət edəcək.

Həmin gün xanım Qens Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla danışıqlar aparacaq. Həmçinin prezident İlham Əliyev tərəfindən qəbul olunacaq, baş nazir Artur Rasizadə və iqtisadi inkişaf naziri Heydər Babayevlə görüşəcək.

Macarıstan xarici siyasət idarəsinin rəhbəri Qensin rəsmi səfər proqramına həmçinin sənaye və energetika naziri Natiq Əliyev, nəqliyyat naziri Ziya Məmmədov. ARDNŞ prezidenti Rövnəq Abdullayevlə görüş də daxildir.

Xəbər lenti

Xəbər lenti