Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Üç müxalifətçi partiyanı birləşdirən "Azadlıq" bloku iqtidar-müxalifət probleminin danışıqlar yolu ilə həllinin tərəfdarıdır. Bu barədə blokun həmsədri, Vətəndaş və İnkişaf Partiyasının rəhbəri Əli Əliyev açıqlama verib.
Onun fikrincə, iqtidarla müxalifət arasında dialoq qurulması üçün təşəbbüs hakimiyyət tərəfindən edilməlidir: "Biz iqtidarla danışıqların tərəfdarıyıq və bunu mümkün sayırıq. Lakin "Azadlıq" bloku müxalifətə edilən aşağılayıcı təkliflərlə razılaşmır və belə təklifləri də irəli sürmür. Həmçinin hesab edirik ki, danışıqlarda iqtidar tərəfindən səlahiyyətli şəxslər iştirak etməlidir və dialoq imitasiya xarakteri daşımamalıdır"-deyə blokun həmsədri qeyd edib.
"Azadlıq" blokunda üç müxalifət partiyası - Azərbaycan Xalq Cəbhəsi (AXCP), Liberal (ALP), Vətəndaş və İnkişaf (VİP) partiyaları təmsil olunur.