...

Milli Məclis deputatının səlahiyyətlərinə xitam verilib

Siyasət Materials 21 İyun 2007 14:18 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zarbaliyeva/ Deputat Hüseyn Abdullayevin səlahiyyətlərinə xitam verilib. Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev cümə axşamı Milli Məclisdə keçirilən mətbuat konfransında bildirib ki, millət vəkili Abdullayev barəsində ittiham hökmü çıxarılan vaxtdan o, deputatlıqdan məhrum edilib.

Mirzəyevin sözlərinə görə, Seçki Məcəlləsində qeyd olunub ki, deputat barəsində ittiam hökmü çıxarılarsa, onun deputat səlahiyyətlərinə xitam verilməsinə dair məhkəmə qərar qəbul edir: "Abdullayev barəsində məhkəmənin belə bir qərarı var. O, məhkəmənin hökmü ilə bağlı apellyasiya şikayəti verməyib və onun deputat səlahiyyətlərinə xitam verilib" - deyə Mirzəyev qeyd edib.

Xəbər lenti

Xəbər lenti