Azərbaycan Prezidenti İlham Əliyev energetikada regional kooperasiya tərəfdarıdır və enerji ehtiyatlarının tədarükü üzrə Bakının bütün öhdəlikləri yerinə yetirəcəyinə söz verir. Bu barədə RİA "Novosti" xəbər verir.
"Biz QİƏT ölkələri ilə kooperasiyada iştirak edəcəyik. Bizim ölkəmiz böyük ixracatçı ölkələrdən biri hesab olunur və enerji ehtiyatlarının tədarükü üzrə bütün öhdəliklərini yerinə yetirəcək", - deyə İstanbulda Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində çıxış edən Əliyev bəyan edib.
"Bizim energetika siyasətimizdə növbəti mərhələ gələcəkdə regional kooperasiyadır", - deyə Azərbaycan prezidenti söyləyib. Azərbaycan dövlət başçısının fikrincə, yaxın zamanlarda enerjidaşıyıcılarının nəqlində daha artığına nail olmaq mümkün olacaq.
"Bizim ölkəmiz, doğurdan da, böyük enerji potensialına malikdir və mən hesab edirəm ki, QİƏT ölkələri arasında qarşılıqlı əlaqələrin inkişafında biz böyük rol oynayırıq", - deyə Əliyev söyləyib.
Onun sözlərinə görə, Azərbaycanın boru kəmərləri QİƏT çərçivəsindəki layihələrdə iştirak edəcək.