...

Ramiz Mehdiyev: "Əmlakın bələdiyyələrə verilməsi ilə baglı prezident sərəncamının icrasız qalması bağışlanılmaz haldır"

Siyasət Materials 27 İyun 2007 17:11 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycanın bələdiyyə sistemi artıq özunu dogruldub və onun iki pilləlı sistemə keçidinə ehtiyac yoxdur. Bu fikirləri Prezidentin İcra Aparatı rəhbəri Ramiz Mehdiyev çərşənbə günü Bakıda keçirilən bələdiyyələrin ümumrespublika toplantısında bildirib.

O qeyd edib ki, ikipilləli sistemin formalaşdırılması ümumilikdə bələdiyyə sisteminin inkişafina mane ola bilər: "Bu gün bələdiyyələrin əsas məqsədi öz üzvləri və qulluqçuları arasında maarifləndirmə işinə geniş yer verməkdən ibarət olmalıdir" - deyə Mehdiyev bildirib.

Prezidentin İcra Aparatı rəhbəri Mehdiyev "Əmlakın bələdiyyələrə verilməsi ilə" baglı prezident sərəncamının bu gunədək yarımçıq icra olunmasına münasibətini bildirib. O, sərəncamların icrasız qalmasını bağışlanılmaz hal kimi qiymətləndirib. Mehdiyevin sözlərinə görə, artıq konkret addımların atılmasına ehtiyac duyulur.

Bələdiyyələrin say çoxluğuna münasibət bildirən Mehdiyev "bu xoşagəlməz təcrübədən canımızı qurtarmalıyıq" - deyə bildirib. "Bununla bağlı kicik yaşayış məntəqələrində əhali arasında izahat işlərinə geniş yer verilməlı və hər bir addım qanun çərçivəsində atılmalıdır" - deyə Prezidentin İcra Aparatı rəhbəri qeyd edib. Qeyd edək ki, hazirda 900 bələdiyyənin əhalisinin sayı 500 nəfərə çatır. Mehdiyev qeyd edib ki, dövlət tərəfindən bələdiyyələrə səlahiyyətlər demokratiyanın prinsipləri çərçivəçində verilməlidir: "Bələdiyylər müəyyən bir təcrübə qazanıblar və bu imkanlar genişlənməli, onlara yeni səlahiyyətlər verilməlidir".

Mehdiyev həmçinin qeyd edib ki, bələdiyyələrin qanunsuz olaraq torpaq satması hallarına mənfi yanaşır: "Torpaqlar bələdiyyələrə ona görə verilməyib ki, onlar torpaqları hərraca çıxarıb satsınlar. Torpaqlar ona görə verilir ki, bələdiyyələr özləri üçün qurumlar yaradıb pul qazansın, iş yerləri açsın, əsas problemlərlə məşğul olsun".

Xəbər lenti

Xəbər lenti