...

Azərbaycan prezidenti AŞ Nazirlər Komitəsi "Aqo" qrupunun nümayəndə heyətini qəbul edib

Siyasət Materials 5 İyul 2007 20:21 (UTC +04:00)

Azərbaycan, Bakı/müx. Trend P.Əmircanov/Azərbaycan prezidenti İlham Əliyev cümə axşamı Avropa Şurası Nazirlər Komitəsinin "Aqo" monitorinq qrupunun nümayəndə heyətini qəbul edib. Bu barədə Trend xəbər verir.

Dövlət başçısı bu səfərin Azərbaycanda gedən inkişaf prosesləri, həyata keçirilən islahatlar və AŞ ilə əməkdaşlığın gələcək istiqamətləri barədə müzakirələr aparılması üçün yaxşı imkan yaratdığını deyib. Azərbaycanın artıq 7 ilə yaxın bir müddətdə AŞ-nin üzvü olduğunu deyən İlham Əliyev bu dövr ərzində ölkədə iqtisadi və siyasi sahələrdə böyük nailiyyətlər əldə olunduğunu, keçən il Avropa İttifaqı ilə Yeni Qonşuluq Proqramı imzalandığını, bunun Azərbaycanın Avropaya inteqrasiyası baxımından mühüm addım olduğunu bildirib.

"Aqo" qrupunun rəhbəri Per Şyöqren dövlət başçısı ilə AŞ-Azərbaycan əməkdaşlığına dair müzakirələr aparmaqdan məmnunluqlarını ifadə edib.

Görüşdə AŞ-Azərbaycan əməkdaşlığının hazırkı vəziyyəti və gələcək perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti