...

Rus politoloq: "Rusiya və ABŞ-ın Qəbələ RLS-i birgə istifadə etməsi mümkündür"

Siyasət Materials 12 İyul 2007 14:50 (UTC +04:00)
Rus politoloq: "Rusiya və ABŞ-ın Qəbələ RLS-i birgə istifadə etməsi mümkündür"

Azərbaycan, Bakı/ Trend müxbir A.Qasımova/Rus politoloq, Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov əmindir ki, Rusiya və ABŞ Azərbaycanda olan Qəbələ radiolokasiya stansiyasını birgə istifadə edəcəklər.

"Sözsüz ki, ABŞ və Rusiya Qəbələ RLS-i birgə istifadə edəcəklər. Məsələ ondadır ki, onlar bunu nə qədər tez və ya gec edəcəklər" - deyə Markov hesab edir.

İyunun əvvəlində Almaniyada "Böyük səkkzilər"in sammitində Putin Amerikanın raketdən müdafiə sistemi yaratmaq məqsədi ilə Şərqi Avropada, xüsusilə də Polşa və Çexiyada RLS quraşdırmaq planına cavab olaraq ABŞ-a Azərbaycanın şimal-qərbində yerləşən Qəbələ RLS-i birgə istifadə etməyi təklif edib. RF prezidenti bildirib ki, Qəbələ RLS düşmən raketini müəyyən etməyə, izləməyə və uçuşun ilkin sürətində məhv etməyə imkan verir.

Cümə axşamı Kiyevdən telefon vasitəsilə Rusiya və ABŞ-ın raketdən müdafiə sistemi üzrə əməkdaşlıq perspektivləri barədə fikirlərini bildirən institut rəhbəri qeyd edib ki, bu qaçılmazdır. "Rusiya və ABŞ vahid sivilizasiyaya məxsusdurlar. Onlar bu gün vahid dəyərlər sistemini bölüşürlər. ona görə də onların əməkdaşlığı təbii və qaçılmazdır" - deyə Markov bildirib.

Son ayda ABŞ administrasiyasının nümayəndələri dəfələrlə bəyan ediblər ki. Qəbələ RLS ABŞ-ın Çexiya və Polşada RMS yerləşdirilməsi üzrə planlarını əvəz edə bilməz. Bununla yanaşı, prezidentlər Putin və Buşun təşəbbüsü ilə RMS üzrə amerikalı və rus ekspertlərinin danışıqları iyulun sonuna təyin olunub.

Markov hesab edir ki, ABŞ ilkin planlarının həyata keçirilməsi üçün vaxtı uzatmır. "Sadəcə RMS üzrə planların həyata keçirilməsi illər aparacaq, ona görə də Rusiya və ABŞ-ın əməkdaşlığa başlamalarının tarixi heç nəyi dəyişmir" - deyə politoloq hesab edir. Onun sözlərinə görə, çoxsaylı texniki detalları öyrənmək üçün xeyli zaman tələb olunur. ""Rusiya və ABŞ-ın RMS üzrə əməkdaşlığı amerikanların "soyuq müharibə" nəticəsində illərlə formalaşmış təfəkkürünün nə zaman dəyişəcəyindən asılıdır. Mən hesab edirəm ki, bu, yaxın zamanlarda baş verəcək" - deyə Markov bildirib.

Rusiya Azərbaycanda ballistik raketlərin buraxılışını izləmə sisteminin bir hissəsi olan Qəbələ RLS-i kirayələyib. RLS hələ sovet dövründə SSRİ-nin müdfafiə sisteminin bir hissəsini təşkil edirdi. Azərbaycan müstəqil olduqdan və stansiya onun mülkiyyətinə keçdikdən sonra, Rusiya tərəfi Azərbaycanın daxili siyasi həyatında baş verən dəyişikliklərə baxmayaraq, stansiyanın birgə istfadə olunmasını təklif edib.

Stansiyanın icarəyə verilməsi barədə 10 illik razılaşma hələ 2002-ci ildə imzalanıb.

Xəbər lenti

Xəbər lenti