...

Prokurorluq orqanlarından 3 nəfər xaric edilib

Siyasət Materials 8 Avqust 2007 16:18 (UTC +04:00)

Azərbaycan,Bakı/ " , müxbir K. Zərbalıyeva/ Bu ilin 6 ayında prokurorluq orqanlarından 3 nəfər xaric edilib. Baş Prokurorluğqdan Trend ə verilən məlumata görə, müxtəlif pozuntulara və qanunsuzluqlara yol verdikləri üçün hesabat dövründə 20 prokurorluq əməkdaşı isə intizam qaydasında cəzalandırılıb.

Bu il keçirilən müsabiqə ilə 39 nəfər prokurorluq orqanlarına qulluğa qəbul olunub. Regionlarda yeni apellyasiya məhkəmələrinin fəaliyyətə başlaması ilə əlaqədar olaraq Dövlət ittihamının Müdafiəsi İdarəsinin tərkibində birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə və apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbələr təsis edilib. Yeni yaradılmış struktur qurumların ştat tərkibi əlavə olaraq25 nəfər artırılıb.

Xəbər lenti

Xəbər lenti